Qarın piyləri ilə mübarizə aparan tərəvəzlər

inkisaf.az
Dietoloq Trista Best deyir ki, brokoli orqanizmdə iltihabla mübarizə aparan antioksidantlarla zəngindir və bu da öz növbəsində arıqlamağa kömək edir. Mütəxəssis piylərlə mübarizədə kömək edən digər tərəvəzlərin də adını çəkib.
Bestin fikrincə, elm adamları brokoli və ispanaq da daxil olmaqla, tünd yaşıl tərəvəzlərin müntəzəm yeyilməsinin qarın orqanlarının ətrafında yığılan viseral piylərin miqdarını azaltmağa kömək etdiyini sübut edib. Kök və bolqar bibəri kimi parlaq sarı və narıncı tərəvəzləri yemək də oxşar nəticələr verir.
Dietoloq, qarın yağını azaldan digər tərəvəz kahıdır. Onun sözlərinə görə, antioksidan xüsusiyyətlərə malik olan lutein, likopen və zeaksantinlə zəngindir.
Çuğundur liflə zəngindir, bu da şişkinlik və həddindən artıq yeməyin qarşısını almağa kömək edir. Lif həmçinin bağırsaq mikrobiomunuzun sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər ki, bu da çəki saxlamaq və ya sağlam çəki itirmək üçün vacibdir.
“Kələm orqanizmi A, K, C və B6 vitaminləri, həmçinin manqan və kaliumla təmin edir. O, həm də aşağı kalorili, lif və zülalla zəngindir ki, bu da incə fiqur uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir