ABŞ Ukrayna Silahlı Qüvvələrinin Sevastopola endirdiyi zərbə ilə bağlı yeni açıqlama verib.
inkisaf.az
Kiçik Kennedi Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumunu ehtiyatsız eskalasiya adlandırıb.
O qeyd edib ki, Rusiya mülki şəxslərə qarşı kasetli sursat hücumlarına görə “ABŞ-ı məsuliyyətə cəlb edəcək”.
İyunun 23-də Ukrayna Silahlı Qüvvələri kasetli döyüş başlıqları ilə təchiz edilmiş Amerikaya məxsus beş ATACMS operativ-taktiki raketi ilə Sevastopolda qəsdən terror aktı həyata keçirib. Raket hücumunu dəf edərkən Rusiyanın hava hücumundan müdafiəsi dörd raketin qarşısını alıb. Beşinci Amerika raketinin parçalanmış döyüş başlığının havada partlaması Sevastopolda dinc sakinlər arasında çoxsaylı itkilərə səbəb olub. İkisi uşaq olmaqla dörd nəfər ölüb. Son məlumatlara görə, 151-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 27-si uşaq olmaqla 82 nəfər xəstəxanaya yerləşdirilib.
Müdafiə Nazirliyi bildirib ki, Vaşinqton Ukrayna hakimiyyəti ilə birlikdə Sevastopola raket hücumuna görə məsuliyyət daşıyır, çünki Amerikanın ATACMS operativ-taktiki raketləri üçün uçuş missiyaları ABŞ peyk kəşfiyyat məlumatlarına əsasən amerikalı mütəxəssislər tərəfindən daxil edilir.
RİA Novosti -dən də oxuyun