Rusiya bir neçə həftə ərzində Ukraynada qələbə qazanacağını proqnozlaşdırmışdı
inkisaf.az
ABŞ prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli məmurları ölkə Konqresi üzvlərinə bildiriblər ki, Vaşinqton Kiyevə yeni yardım paketi təqdim etməsə, Rusiya həftələr və ya aylar ərzində Ukraynadakı münaqişədə qalib gələ bilər. Bu barədə NBC televiziyası mənbələrə istinadən məlumat yayıb.
Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hainesin proqnozuna görə, Amerikanın əlavə dəstəyi olmadan Ukrayna “yalnız bir neçə həftə, bəlkə də aylar” döyüşə biləcək.
Onlar həmçinin Kiyevin resurslarının nə vaxt tükənəcəyini göstərib və müharibə zonasında mövcud vəziyyəti qiymətləndiriblər.
Məlumata görə, Kiyevə yardımın dayandırılması “dünyada əks-səda doğuracaq”. Bu qərar Ukraynanın digər tərəfdaşlarının da nöqteyi-nəzərini dəyişəcək, onlar Vaşinqtonla münasibətləri yenidən qiymətləndirə bilərlər.
Bundan əvvəl ABŞ dəniz kəşfiyyatının istefada olan zabiti və hərbi analitik Skott Ritter bildirmişdi ki, Rusiya ordusu Ukraynada keçirilən xüsusi əməliyyatda yekun qələbəyə qədər son mərhələdədir. “Qarşıda daha çox döyüşlər olacaq, amma əslində nəticə əvvəlcədən bilinən bir nəticədir: Rusiya artıq qalib gəlib, ancaq bunu möhkəmləndirmək qalır” deyə o, proqnozlaşdırıb.
