Əfsanəvi Milli Qəhraman

inkisaf.az
Azərbaycan respublikası deyəndə həmişə Ulu öndərimiz Heydər Əliyev cənabları yada düşür. Çünki,rəhmətlik Ulu öndərimiz dünya siyasətinin əvəzsiz şəxsiyyəti idi. Onun çıxışları yadımdadır. Azərbaycana rəhbərlik etdiyi dövr,eləcədə SSRİ— nazirlər sovetində yüksək vəzifədə işlədiyi vaxt Heydər Əliyev cənabları savadlı,natiq, yorulmaz siyasətçi olduğunu göstərmişdir. Cənab Heydər Əliyev Mərkəzi Komitənin yəni 16 respublikanı təmsil edən SSRİ-nin plenumlarında 2,3 saat ayaq üstə yorulmadan çıxış edirdi.Bu şəxs yaddaş kitabçasından demək olar ki, istifadə etmirdi.Əvəzsiz dövlət xadimi idi. Birinci Qarabağ döyüşlərində sərişdəsiz insanların Azərbaycana rəhbərlik etməsi düşmənlərinin əlində bir fürsət oldu.Torpaqlarımız yağı düşmən tərəfindən işğal edildi. Düşmənlərin həmişə qorxduğu insan Ulu öndərimiz Heydər Əliyev idi. Artıq hakimiyyətdə olmadığı üçün düşmən bu fürsətdən istifadə edib torpaqlarımızı işğal etdi. 1 milyondan artıq qaçqın öz dədə baba yurdundan didərgin düşdü. Ancaq xilasgarımız cənab Heydər Əliyev 2-ci dəfə hakimiyyətə gələndə artıq Azərbaycan xalqında ümid çırağı yandı. Uca Allah bizə öz xilaskarımızı göndərmişdi. 2003-cü ildə Ulu öndərimiz haqqın dərgahına qovuşdu.Ümüdümüz, onun siyasi varisi İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən dövlətimizin inkişafına təkan verdi, qaçqınlara şərait yaratdı.Ölkəmiz cənnətə çevirildi, gənclərimizin xarici ölkəkələrdə təhsilinə diqqət artırıldı. Azərbaycan ordusunun güçlü bir orduya çevirdi.Ən böyük dərdimiz olan Qarabağımızın azad olması üçün hər şeyi etdi. Nəyi nə vaxt edəcəyini gözəl bilən Dövlət başcımız, zaman və məkan anlayışından istifadə edərək, 2020 -ci ildə vətənimizin qəhraman oğullarının gücü ilə 44 -gün ərzində torpaqlarımızı yağı düşməndən azad etdi.
Mənimdə 2- oğlum Vətənimizin torpaqlarının azadlığı uğrunda döyüşlərə qatıldı.Allah bütün şəhidlərimizə rəhmət eləsin qazilərimizə can sağlığı versin.,vetran,əsgərlərimizə və zabitlərimizə uzun ömür və xoşbəxtlik nəsib etsin. Cənab Prezdent Erməni adlı cinayətkar,işğalçı bir xalqın 200 illik xəyallarını, arzullarını puç etdi.
Erməni ordusu məhv edildi.Erməni milyonçularının 30 illik yardımı sayəsində alınmış silahların yarısı məhv edildi, yarısı qənimət mal kimi ələ keçirildi.”Bakıda bizimdi,neftdə bizimdi”deyən qondarma qurumun prezdenti həbs edilib.Bakıya gətirildi.Vardanyan kimi ağılsız,puluna güvənib,özünü lider kimi aparan cinayətkar həbs edildi.Eyni zamanda 1-ci Qarabağ döyüşlərində cinayət törətmiş cinayətkarlar da həbs edildi, doğma Qarabağımızın azadlığı təmin olundu. Azərbaycanın ordusunun apardığı döyüşlər Dünya hərb tarixinə nümunə oldu.Artıq Azərbaycan prezdenti İlham Əliyev və ordumuz milli qəhrəman olaraq, tarix yazdılar. Bir azərbaycanlı olaraq daim cənab Prezdentimizin ətrafındayıq, onun bütün əmr və taprışıqlarını yerinə yetirməyə hazırıq.Onuda qeyd etmək istəyirəm ki, Azərbaycan respublikası Prezdenti yanında QHT-nin işçisi olaraq bir qrup əhali ilə marifləndirici görüşlər keçiririk.
Təklifi edirik ki,əvəz olunmaz Liderimiz Ali Baş komandamız İlham Əliyev cənablarına Azərbaycanın əfsanəvi milli qəhrəman adı verilsin.Uca Tanrı onu qorusun:
Kəlbəcər rayonunun Çovdar kənd sakini Mövlayev Fazil Zabit oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir