Zəlzələ qurbanlarının sayı artır.
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 24 min 600-ə çatıb
Türkiyədə zəlzələ nəticəsində 24 617 nəfər həlak olub. 80 088 nəfər xəsarət alıb.
Suriyada son məlumatlara görə, ən azı 3,5 min insan zəlzələnin qurbanı olub.
Maqnitudası 7,8-ə çatan dağıdıcı zəlzələlər fevralın 6-na keçən gecə baş verib. Türkiyə və Suriyada minlərlə bina dağıdılıb. Ankara zəlzələlərin gücünü 500 atom bombasının partlaması ilə müqayisə edib. Fəsadların aradan qaldırılmasında müxtəlif ölkələrdən on minlərlə insan iştirak edir. Fitch reytinq agentliyi zəlzələ nəticəsində Türkiyəyə dəymiş ziyanı 4 milyard dollar qiymətləndirib.