Bakıda ağır yol qəzasında ölənlərin sayı artdı

inkisaf.az
Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
DİN-dən Metbuat.az-a verilən məlumata görə, hadisə “Mercedes” markalı avtomobilin “Toyota”nın qarşısına çıxması nəticəsində baş verib.
Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri – 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin “Toyota” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir