Oğurluq və soyğunçuluq etmiş dəstə üzvlərinə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və soyğunçuluqda təqsirləndirilən dəstə üzvləri – 27 yaşlı Adil Şahbalıyev, 27 yaşlı Emin Mirzəyev, 26 yaşlı Emin Allahverdiyev və 27 yaşlı Novruz Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə A. Şahbalıyev 9 il, E. Mirzəyev 5 il, E.Allahverdiyev 4 il 6 ay və N. Əkbərov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) və 180.2.1 (soyğunçuluq) maddələri ilə ittiham olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir